İrəvanda yenə xaos: Valideynlər Paşinyandan nə istəyirlər?

İrəvanda müharibədə itkin düşən hərbçi valideynlərin növbəti aksiyası keçirilir.

Globalinfo.az xəbər verir ki, onların övladları Eçmiədzindəki hərbi hissələrdən birində xidmət ediblər.

Valideynlər Paşinyanın ofisinin yerləşdiyi Baqramyan küçəsini bağlayıblar. Onlar baş nazirlə görüş tələb ediblər.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Etmənistanda oxşar aksiyalar bir neçə dəfə keçirilib.

Zaira Akifqızı
Globalinfo.az