Onlar İrəvan Dövlət Universitetindən qovuldu

Ermənistanda müxalifyönlü müəllimlərin çoxu universitetlərdən qovulub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

“İrəvan Dövlət Universiteti və İrəvan Dillər Universitetinin onlarla müəllimi işindən qovulub. Onların əksəriyyəti elm sahəsində aktiv, tələbələr arasında isə kifayət qədər nüfuzu olan müəllimlərdir”, – qəzet yazıb.

Nəşrin məlumatına görə, bu addım təhsil ocaqlarında kifayət qədər ciddi narazılığa səbəb olub.

Qeyd edək ki, bundan əvvəl müxalifyönlü bələdiyyə sədrləri və icma rəhbərlərinin də işdən kənarlaşdırıldığı, yaxud fəaliyyətinin məhdudlaşdırıldığına dair məlumat yayılıb.

Əliyar Xəlil
Globalinfo.az