İrəvanda son vəziyyət: 34 nəfər yaralandı, 16-sı… – VİDEO / YENİLƏNİB

İrəvanda hökumət binası yaxınlığındakı qarşıdurma zamanı 34 nəfər xəsarət alıb.

Globalinfo.az Caliber-ə istinadən xəbər verir ki, xəsarət alanlardan 16-sı polis əməkdaşı, 18-i mülki şəxsdir.

Məlumata görə, 17 nəfərə tibbi yardım göstərilərək tibb məntəqələrindən buraxılıb. Xəsarət alanlardan biri əməliyyat olunub.

Yaralılardan biri deputat Qeqam Manukyandır.

Respublika meydanında keçirilən etiraz aksiyasında 3 iştirakçıda bıçaqlı silahlar aşkar edilib və onlar saxlanılıb.

Hökumət binalarının üstünə snayperlər yerləşdirilib, aksiyalar davam edir.

***23:47

İrəvanda hökumət binası qarşısındakı etirazçılar dağılışmağa başlayıblar.

Globalinfo.az xəbər verir ki, hazırda Ermənistanda əsas diqqət Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına yönəlib.

Qeyd edək ki, Rusiya diplomatik missiyasının əməkdaşları hələ də binanı tərk edə bilmirlər.

***21:52

İrəvanın Respublika meydanında keçirilən aksiya şiddətlənib.

Globalinfo.az xəbər verir ki, əraziyə çox sayda polis qüvvələri cəlb olunub.

Paşinyanı istefaya, Ermənistan ordusunu isə Qarabağda döyüşməyə səsləyən kütlənin dağıdılması üçün səs qumbarasında istifadə edildiyi bildirilir.

Son məlumata görə, hökumət binasına daşla zərbə endirilib, binanın şüşələri sındırılıb. Bundan qəzəblənən polis qüvvələri insanları meydandan uzaqlaşdırmaq üçün döyməyə başlayıb.

Aksiyanın qarşısının alınması üçün meydana “Alfa” adlanan xüsusi dəstənin gətirildiyi bildirilir.

Müxalif qüvvələr mövcud hakimiyyətə Paşinyanın devrilməsi üçün çoxsaylı çağırışlar edir. Hazırda minlərlə insanın Respublika meydanına axın etdiyi, yolların bağlandığı deyilir. Aksiyada yaralıların olduğu, təcili yardım maşınlarının ilkin müdaxilə üçün meydana girə bilmədiyi qeyd edilir.

Ayşən Mustafa
Globalinfo.az