İrəvanda polis idarəsinə hücum: biri zərərsizləşdirildi, digərləri… – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün İrəvanda üç silahlı şəxs polis bölməsinə hücum edib, Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər.

Globalinfo.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən iki hücumçunun vəziyyətinin orta ağır olduğu bildirilib.

“Qumbara partlaması nəticəsində yaralanan iki hücumçunun vəziyyəti orta ağır qiymətləndirilir. Onlar ayaq nahiyəsindən yaralanıblar”, – mətbuat xidmətindən bildirilib.

***

Ermənistanda təhlükəsizlik əməkdaşları silahlı şəxsi polis bölməsində zərəsizləşdiriblər.

Globalinfo.az xəbər verir ki, proseslə bağlı video yayılıb.

Həmin videonu təqdim edirik:

***

Xəbər verdiyimiz kimi, bu gün İrəvanda üç silahlı şəxs polis bölməsinə hücum edib. Onlardan ikisi yaralanıb. Qumbara ilə silahlanmış bir nəfər isə hələ də şöbədə qalır.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, Ermənistan polisinin rəhbəri naməlum şəxslərin içəri girdiyi polis bölməsinə gəlib və orada silahlı şəxslə danışıqlar aparır.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan silahlı hücumla bağlı açıqlama verib.

“Bu gün saat 17:00 radələrində 3 silahlı şəxs Nor-Nork polis idarəsinin inzibati binasına daxil olmağa cəhd edib. Hücum edənlər qumbaradan istifadə ediblər və partlayış nəticəsində ikisi yaralanıb. Yaralılar tibb müəssisəsinə aparılıblar. Hazırda Nor-Nork polis şöbəsinin binasında qumbara ilə silahlanmış 1 nəfər var və onun zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülür. İlkin məlumata görə, polis əməkdaşları xəsarət almayıb. Bu gün həbs olunanların demək olar ki, hamısı artıq sərbəst buraxılıb”, deyə N.Sarkisyan deyib.

Qeyd edək ki, dünən polis “Döyüş Qardaşlığı” təşkilatından 69 nəfəri saxlamışdı.

Globalinfo.az