Qarabağdan çıxan ermənilərin bəziləri paytaxt İrəvanda məskunlaşıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “SisMasis” yazıb.
Bildirilir ki, sözügedən ermənilər xüsusən məskunlaşmaqda çətinlik çəkirlər. Ev tapmaqda çətinlik çəkənlərə daha bir zərbəni isə elə öz həmyerliləri vurublar. Belə ki, İrəvanda 120 min drama ev kirayə götürən Qarabağdan qayıtmış erməni qadın üç gün sonra yenidən ev sahibinin gəldiyini və bu dəfə məbləğin 160 dram olduğu söylədiyini bildirib. Ermənilər belə halların son günlər tez-tez yaşandığını qeyd ediblər.
Xatırladaq ki, Ermənistan hakimiyyəti Qarabağdan gələn ermənilərin sərhədyanı bölgədə məskunlaşmasını, paytaxtda mümkün qədər az narazı insanın olmasını istədiyi yerli mətbuatda yazılmışdı.