İrəvanda xaos başladı: həyəcan siqnalı verildi

İrəvandakı bütün təhsil müəssisələrinə bomba yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, erməni mediası bundan sonra məktəblərdə həyəcan siqnalı verildiyini yazıb.

İrəvan şəhər bələdiyyəsi açıqlama verərək bunun doğru olmadığını, hazırda məktəblərdə dərslərin davam etdirildiyini bildirib.

Qeyd edilib ki, məktəblərdə bu istiqamətdə yoxlamalar həyata keçirilir.

Ayşən Mustafa
Globalinfo.az