İrəvanda iki cəbhə açıldı: Qarabağdan qaçanlar Paşinyana qarşı birləşir

“Ermənistan hakimiyyəti Qarabağ səhifəsinin birdəfəlik bağlanması üçün hər şeyi edir”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin “deputatı” Metakse Hakopyan deyib.

“Onlar Qarabağ məsələsini tamamilə bitirmək və gələcək nəsillərə döyüşmək düşüncəsini ötürməməyə çalışırlar. Artıq sözlə mübarizə yetmir, hərəkətə keçmək lazımdır. Belə mübarizələr salonlarda yekunlaşmamalı, ətlə-qanla olmalıdır. Biz Qarabağdan olanlarla İrəvanda toplanmağa çalışırıq. Lakin ətraflı məlumat verə bilmərəm”, – M. Hakopyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az