İrəvanda hazırlıq başladı: yeni itkilərimiz olacaq – Abramyan

1646392798 0001 1

“Ermənistan son altı ildə bütün istiqamətlərdə öz mövqelərini əldən verdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

Erməni deputat ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin Bayramov-Mirzoyan-Blinken görüşü ilə bağlı açıqlamasına münasibət bildirib:

“Son 6 ildə Ermənistan böyük ərazi, eləcə də insani itkilər verdi. Yalnız müharibə, aqressiya, təzyiq, təhdid, şantaj qazandı. Görünür, Ermənistanda yenə də çətin qərarlar və ciddi itkilər gözlənilir. Sülhün əldə olunması üçün beynəlxalq təsəvvür budurmu? Paşinyan hakimiyyəti hələ də xalqı əmin edir ki, onları sülhə aparırlar, amma əslində ictimaiyyət növbəti dəfə beynəlxalq aktorların sözləri ilə yeni güzəştlərə hazırlanır”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bundan öncə Ermənistan və Azərbaycanın sülh üçün ciddi güzəştlər və kompromislərə getməli olduğunu deyib. Dövlət Departamenti həmçinin Vaşinqtonda Bayramovla Mirzoyanın ciddi irəliləyiş əldə etdiklərini desə də, bunun hansı məsələdə olduğunu açıqlamayıb. Bakı və İrəvan da öz növbəsində səssizliklərini qoruyurlar.

Əliyar Xəlil
Globalinfo.az