Güclü yağışlardan sonra İrəvanın bəzi küçələrini su basıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Yayılan kadrlarda avtomobillərin yağışdan sonra əmələ gələn gölməçələrdə “üzdüyü” görünür.

Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktor müavini Qaqik Surenyan İrəvanın cənub-qərb massivində baş verənləri əks etdirən video yayımlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: