
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, aksiya hələ başlamayıb, çünki çünki insanlar aksiya yerinə gəlməkdə davam edir.
Karapetyanın tərəfdarları və sadə vətəndaşlar Diana Abqar parkına toplaşıb, oradan biznesmenin saxlandığı İrəvan-Kentron cəzaçəkmə müəssisəsinə gedəcəklər.
Mitinq iştirakçıları Ermənistan bayraqları, üzərində “Samvel Karapetyana azadlıq” yazısı olan plakatlar açıblar. Etirazçılar arasında həbs edilən iş adamının övladları, həyat yoldaşı, qardaşı oğlu və qardaşı da var.
Əliyar Xəlil