
Ermənistanın hüquq-mühafizə orqanları İrəvan bələdiyyəsində korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə bələdiyyənin mətbuat katibi Hayk Kostanyan məlumat yayıb.
Nəticədə bir neçə şəxsin saxlanıldığı bildirilir. Məsələ ilə bağlı cinayət işi açılıb.
İbtidai istintaq davam etdiyi üçün əlavə məlumatların açıqlanmayacağı qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az