“Ermənistanda yeni müxalifətin formalaşdırılması prosesi başlayıb”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.
Qəzet yazır ki, hazırda əsasən mərkəzçi qüvvələrlə danışıqlar aparılır:
“Onların nə indiki, nə də köhnə hakimiyyətlə əlaqələri var. Bu qüvvələr ilk növbədə psevdoqərblilərin maskalarını yırtmağa və ictimaiyyətə onların Ermənistanın düşməni olduqlarını göstərməyə çalışacaqlar. Artıq yeni müxalifətin yaranması üçün keçmiş ombudsman Arman Tatoyan, İrəvanın keçmiş meri Ayk Marutyan, Erməni Milli Konqresi Partiyası və digər güclərlə danışıqlar aparılır. Yeni alyansa parlamentin keçmiş deputatı Edmon Marukyanın daxil edilməsi düşünülsə də, sonradan imtina edilib. Səbəb isə onun adının Baş nazir Nikol Paşinyanla assosiyasiya oluna biləcəyidir”.
Xatırladaq ki, E.Manukyan Ermənistanın xüsusi təyinatlı səfiri olub. O, Paşinyanla fikir ayrılıqları səbəbi ilə vəzifəsindən istefa verdiyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az