1660035534 irevan

İrəvanda bütün televiziya kanallarının yayımı 21 may saat 06:00-dan 08:00-a qədər dayandırılacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi” məlumat yayıb.

Həmçinin 22-si və 23-ü saat 15:00-dan 16:00-dək radioyayımın dayandırılması nəzərdə tutulub.

Yayımın təmir-bərpa işlər səbəbindən dayandırılacağı açıqlanıb.

Məlumata görə, İrəvan teleqülləsinin metal konstruksiyalarının texniki vəziyyətinin yoxlanılması üçün planlaşdırılmış işlər aparılacaq.

498606916 1273236634802491 1933556697557073999 n

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: