İrəvanda bomba həyəcanı: şəhərdə təşviş yaşanır

İrəvanın mərkəzində yerləşən binalardan birinə bomba qoyulması ilə bağlı xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, fevralın 26-sı saat 13:30 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Milli Polis İdarəsinin Operativ İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Kimliyi bəlli olmayan şəxs İrəvanda yerləşən Gülbenkyan binasının həyətinə bomba qoyulduğunu və partalamaq üzrə olduğunu bildirib.

Ölkənin Milli Təhlükəsizlik Xidmətinin xüsusi qrupları hadisə yerində axtarış aparır, əraziyə çox sayda tibbi personal cəlb edilib.

Ayşən Mustafa
Globalinfo.az