İrəvanda 17-ci rayon adlanan ərazidə pul məsələsi ilə bağlı yaranan mübahisə qətllə nəticələnib.
Globalinfo.az xəbər verir ki, qətldə Parakar bələdiyyəsinin rəhbəri Lüdviq Gülnazaryanın da əlinin olduğu bildirilir. Onun hadisə nəticəsində xəsarət aldığı bildirilir.
Ermənistan Daxili İşlər Nazirliyi məlumatı təsdiqləsə də, təfərrütı açıqlamayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Əliyar Xəlil
Globalinfo.az