0eb18464 b65a 41b2 b68f 8b5ae181507c

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: