İrəvan qarışdı: hökumətin istefasını tələb edirlər

Ermənistanda fəaliyyət göstərən “Birgə” ümummilli siyasi hərəkatı İrəvanın Azadlıq meydanında mitinq keçirib.

Globalinfo.az xəbər verir ki, etirazçılar parlamentə doğru irəliləyərək Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasını tələb ediblər.

Aksiya iştirakçıları əsas tələbi əks etdirən 100 bənddən ibarət dörd səhifəlik sənədi parlamentin iki fraksiyasına təqdim ediblər.

“Aprelin 10-na kimi tələbimiz yerinə yetirilməsə, aksiyalar davam edəcək”, – hərəkatın koordinatoru Aram Sarkisyan deyib.

Sarkisyanın sözlərinə görə, “Birgə” milli-siyasi hərəkatı aprelin 8-i saat 17:00-dan etibarən üç gün ərzində parlament binası yaxınlığında etiraz aksiyaları keçirəcək.

Xatırladaq ki, hərəkat Nikol Paşinyanın istefasını tələb kimi səsləndirir və onun yerinə Nazirlər Kabinetinin sabiq rəhbəri Qrant Baqratyanın namizədliyini təklif edir.

Əliyar Xəlil
Globalinfo.az