001a2cd5 1be0 41ff a566 4858b212279f

Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılığa əsasən, Bakıda həbsdə olan 32 erməni diversant İrəvana təhvil veriləcək. 

13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş 26 erməninin də adı siyahıda var.

Globalinfo.az xəbər verir ki, bu şəxslərdən bir neçəsi qısa müddət öncə İTV-yə danışmış, saxlanılma şəraitləri ilə bağlı məlumat vermişdilər.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, razılaşmaya əsasən, Ermənistanda əsir saxlanılan iki azərbaycanlı hırbçi – Hüseyn Axundov və Aqşin Bəbirov azad ediliblər. Onlar Azərbaycana təhvil veriləcəklər.

Paylaş: