Ermənilər Rusiya səfirliyinə hücum etdilər – VİDEO

Rusiyanın Ermənistandakı səfirliyi qarşısında növbəti dəfə təxribat törədilib.

Globalinfo.az xəbər verir ki, hazırda şiddətli aksiyaların keçirildiyi zamanda iki etirazçı İrəvandakı səfirlik binasının qapısına qırmızı boya atıb.

Onlar səfirliyin mühafizəçisi gəlmədən sürətlə boyaları qapıya ataraq qaçıblar.

Xatırladaq ki, etirazların başladığı gün Rusiya səfirliyinin binası qarşısında geniş aksiya keçirilmiş, səfirlik nümayəndələri və onların ailələri təhlükəsizlik məqsədilə binaya köçürülmüşdü. Yaşanan gərginlik səbəbi ilə Rusiya Ermənistana nota vermiş və bu kimi halların daha yaşanmaması ilə bağlı xəbərdarlıq etmişdi.

Ayşən Mustafa
Globalinfo.az