“Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı sərfəlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB İşləri üzrə Birinci Departamentinin direktoru Mikayıl Ağasandyan deyib.
O bildirib ki, Moskva İrəvanın Aİİ-dən çıxmayacağına ümid edir:
“Rusiya və Ermənistanın Aİİ çərçivəsində münasibətləri qarşılıqlı fayda verən əməkdaşlığa əsaslanıb. Bunu görmək üçün iqtisadiyyat və siyasət üzrə ekspert olmağa ehtiyac yoxdur. İttifaq İrəvana sərfəlidir. Lakin Ermənistan hazırda Qərb ölkələrinin tələsinə düşüb”.
Əliyar Xəlil
Globalinfo.az