İrəvanda separatçıların ofisinə basqın: Şahramanyanın maşınları aparılır – VİDEO

Ermənistanın xüsusi təyinatlıları qondarma Qarabağ rejiminin nümayəndəliyinin qapısını sındırıb.

Globalinfo.az xəbər verir ki, məlumatı erməni mətbuatı yayıb.

Onların separatçıların ofisinə niyə gəldiyi açıqlanmayıb, lakin mətbuat bunun bəzi avtomobillərin müsadirəsi üçün olduğunu bildirib.

Qeyd edək ki, iyunun 7-də də separatçıların ofisinin qapısının sındırılmasına polis cəhd etmişdi. Onların separatçıların lideri Samvel Şahramanyanın avtomobilini müsadirə etmək istədikləri bildirilmişdi.

Əliyar Xəlil
Globalinfo.az