İrəvan qarışdı: Etirazçılar Paşinyanın istefasını tələb edir

İrəvanın mərkəzində Paşinyanın istefası tələbi ilə mitinqi keçirilir.

Globalinfo.az xəbər verir ki, İrəvanın Azadlıq meydanında Baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə “Birgə” hərəkatının mitinqi keçirilir.

Etirazçılar arasında Qarabağdan Ermənistana köçənlərin olduğu da bildirilir. Aksiya iştirakçıları əllərində “Biz Nikol Paşinyanın istefasını tələb edirik” və “Azadlıq mübarizəsi davam edir” yazıları olan plakatlar tutublar.

“Birgə” hərəkatının liderlərindən olan Edqar Kazaryanın sözlərinə görə, onun tərəfdaşları Paşinyanın niyə Baş nazir postunu tərk etməli olduğuna dair 100 simvolik əsas hazırlayıb.

Əliyar Xəlil
Globalinfo.az