40a1a767bd82658c7171ad2c7258f9c9 1

İrəvandakı binalara hava hücumu xəbərdarlığından sonra ediləcəklərlə bağlı təlimatlar yapışdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, belə qeydlər İrəvanın mərkəzində yerləşən Kentron inzibati rayonundakı binanın girişinə vurulub.

Vərəqlərdə vətəndaşlara hava hücumu siqnalının verilməsi qaydası izah edilir və ən yaxın sığınacaqların ünvanı göstərilir.

Sözügedən addımın hansı səbəbdən atılması bəlli deyil, lakin prosesin Ermənistanın daxili məsələsi olduğu ehtimal olunur.

5c0cfaed9d87c96fd088e8f8236ed3f0

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: