WhatsApp Image 2023 12 12 at 15.08.31

“Naxçıvan-Sünik-Azərbaycan nəqliyyat dəhlizində Ermənistanın sərhədçiləri və gömrükçüləri yer alacaqlar”. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan çıxış edib.

“Əraziyə özəl şirkətin cəlb edilməsi məsələsi müzakirə olunub, lakin hələlik təfərrüatlar məlum deyil, ortada dəqiq bir şey yoxdur”, – nazir müavini bildirib.

Safaryan deyib ki, bu variant razılaşdırılacağı halda özəl mühafizə şirkəti Azərbaycandan keçən hissənin də mühafizəsini həyata keçirməlidir.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: