İrəvan Bakıya qarşı iddialarını geri götürə bilər – Paşinyan

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana qarşı beynəlxalq iddialardan imtinanın şərtlərini açıqlayıb.

Globalinfo.az  Axar.az-a istinadən xəbər verir ki, parlamentdə “Hayastan” fraksiyasının üzvü Lilit Qalstyanın sualını cavablandırarkən o qeyd edib ki, vəziyyəti ümumi kontekstdə nəzərdən keçirmək lazımdır.

“Əgər sülh müqaviləsi, faktiki olaraq, imzalanmağa tam hazırdırsa və Ermənistan hesab edirsə ki, onu imzalaya bilər və mövzu yaranarsa, beynəlxalq strukturlarda qarşılıqlı iddialardan əl çəkək, o zaman bu, müzakirə mövzusu ola bilər və hətta məntiqli olar”, – Paşinyan bildirib.