Səudiyyə Ərəbistanı İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatını ələ keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, Ər-Riyad ölkənin suverenliyini və təhlükəsizliyini pozmaq cəhdlərinə cavab vermək üçün bütün zəruri tədbirləri görəcək.