İranlı nazir buna görə istefa verdi

İranın gənclər və idman naziri Seyid Həmid Səccadi istefa verib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı İran KİV-lərində məlumat yayılıb.

Nazirin sağlamlığı səbəbilə vəzifəsini icra edə bilməyəcəyi, əməliyyat olunacağı üçün iki dəfə istefa verdiyi bildirilir. İkinci istefasının keçərli əsasla təsdiqləndiyi qeyd olunur.

Xatırladaq ki, Seyid Həmid Səccadi fevral ayında helikopter qəzası keçirib. Nəticədə onun müşaviri həlak olub. Daha sonra onun əməliyyat keçirməsinə baxmayaraq səhhətinin düzəlmədiyi, dalağından yenidən əməliyyat ediləcəyi açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az