İranlı general Moskvada: “İsrailə dəstəyi dayandırın, yoxsa…”

“Tehranın İsrailə cavabı sərt olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İran ordusunun Baş Qərargah rəisinin müavini, briqada generalı Əli Şadmani TASS-a açıqlamasında deyib.

“İranın nöqteyi-nəzərincə, İsrail HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürməklə regionda təhlükəsizlik balansını pozub. Qisası bizim mənəvi liderimiz müəyyən edib. Bu, sadə seçim deyildi”, – o bildirib.

Şadmani həmçinin Vaşinqtonu İsrailə dəstəkdən çəkinməyə çağırıb:

“ABŞ-a mesajımız budur ki, İsrailə dəstəyi dayandırmalıdırlar, çünki bu təkcə regionumuzun yox, həm də onların təhlükəsizliyini pozacaq”.

Qeyd edək ki, keçən həftə Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana getmişdi.

Əliyar Xəlil
Globalinfo.az