“Müharibənin başlama ehtimalı azdır”.
Globalinfo.az xəbər verir ki, bunu SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanının müavini Məhəmməd Əkbərzadə deyib.
O qeyd edib ki, müharibənin yenidən başlama ehtimalının aşağı olmasına səbəb “düşmənin zəifliyi”dir.
SEPAH rəsmisi bildirib ki, buna baxmayaraq, ordu döyüşə tam hazır vəziyyətdədir.