esass

ABŞ-ın İranla danışıqlar komandasına yeni sima qoşulub.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.

“ABŞ  Prezidenti Donald Trampın prezidentliyinin ilk dövründə Dövlət Departamentində çalışmış Nik Stüart danışıqlar komandasına daxil edilib. Söhbət Cared Kuşner və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun olduğu heyətdən gedir. Bu dəyişiklik İslamabad danışıqlarının dayandırılmasından az əvvəl baş verib”, – deyə bildirilib.

Məlumata görə, N.Stüartın ixtisaslaşdığı sahələr nüvə silahlarının yayılmasının qarşısının alınması və İran siyasəti ilə bağlıdır.

O,  daha əvvək Nyu-York ştatından respublikaçı konqresmen Klaudiya Teninin müşaviri kimi də fəaliyyət göstərib.

Konqresmen Teni onu ABŞ-də İran siyasəti üzrə “ən qabaqcıl ekspertlərdən biri” kimi dəyərləndirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: