ABŞ Prezidenti Donald Tramp İslamabadda İranla danışıqların rəsmi olaraq başladığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “News Nation” telekanalının jurnalisti Kelli Meyer sosial mediada yazıb.
“Danışıqların rəsmi olaraq başlayıb-başlamadığını soruşanda “bəli” cavabını verdi. İran tərəfinin xoşniyyətli olub-olmaması ilə bağlı suala isə cavabı belə oldu: “Bu barədə sizi tezliklə məlumatlandıracağam, bu, çox vaxt almayacaq”, – Meyer Trampa istinadla qeyd edib.