632e0e6111ae3632e0e6111ae41663962721632e0e6111ae0632e0e6111ae2

Ukrayna Rusiya tərəfindən öz ərazisində İran istehsalı silahların istifadəsinə cavab olaraq bu ölkənin Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, faktla əlaqədar sentyabrın 23-də İranın Ukraynadakı müvəqqəti işlər vəkili XİN-ə çağrılıb. İran tərəfinə Rusiyaya silah tədarükünün Ukrayna-İran əlaqələrinə zərbə vuran qeyri-dost hərəkət olduğu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət və neytrallıq prinsipinə zidd olduğu bildirilib.

“Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, – deyə bəyanatda qeyd olunub.

Paylaş: