1739627

İranın Hərbi Dəniz Qüvvələri ölkənin şimalında, Xəzər dənizində hərbi təlimlərə başlayır. Sərhədimizdə keçiriləcək təlimlərlə əlaqədar olaraq İranın Astara şəhərinin bəzi yerlərində partlayış səslərinin eşidiləcəyi bildirilib.

Rəsmi Tehranın sözügedən ərazidə təlim qərarı verməsi nəyə hesablanıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, İsraillə gərginlik fonunda İranın təlimlərə başlaması diqqət çəkir:

“İran son vaxtlar Xəzər dənizində kifayət qədər intensiv təlimlər keçir. Xəzər dənizini “dostluq və təhlükəsizlik dənizi” adlandıran İran digər ərazilərin su akvatoriyalarında təlim keçməyə risk etmir. Üstünlüyü daha çox Xəzər dənizinə verir. Son illərdə rəsmi Tehran Xəzər donanmasını gücləndirir. Halbuki İran üçün ehtimal olunan təhdid istiqaməti qətiyyən Xəzər dənizi ilə bağlı deyil”.

edalet 1681289097

Ədalət Verdiyev

Hərbi ekspertin sözlərinə görə, belə təlimlər keçirilən zaman qonşu ölkələri həmin təlimlərin məqsədi, hədəfləri və miqyası barədə məlumatlandırmaq lazımdır:

“Belə məlumatlandırmalar əvvəlcədən həyata keçirilib. Əks halda Azərbaycan mütləq bu barədə etiraz notasını İrana təqdim edərdi. Yaxşı olardı ki, Tehran bu təlimləri sərhədimiz yaxınlığında deyil, ona təhdid törədəcək qüvvələrə yaxın ərazidə keçirsin”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: