İranın repressiyalarla bağlı məxfi sənədləri üzə çıxdı

İranda “Devrilənə qədər qiyam” adlı haker qrupu rejimin repressiyalarla bağlı məxfi sənədlərini ələ keçirərək öz sosial şəbəkə hesabında paylaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, sənəddə İran silahlı qüvvələrinin baş qərargahı, həmçinin SEPAH-a bağlı “Sarallah” hərbi birləşməsinin Tehrandakı qərargahının İbrahim Rəisinin ofisi ilə məxfi yazışmaları yer alıb.

Bildirilir ki, “Qadın, Həyat, Azadlıq” şüarı altında ümumxalq etirazlarının getdiyi bir vaxtda İran Prezidenti İbrahim Rəisi nümayişləri yatırmaq üçün dövlət büdcəsində 10 trilyon tümən (405,222 milyon manat) vəsait ayırmağa razılıq verib.