6adb29229cc116adb29229cc1217927478106adb29229cc0f6adb29229cc10

“Hindistan müxtəlif çoxtərəfli təşkilatların görüşlərində iştirak edir, elə bu yaxınlarda Bakıda AQEM-in sammitində də nümayəndə heyətimiz iştirak edib”.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirlər: “Bu uzunmüddətli sülhün əldə olunması üçün də şərait yaradacaq. Biz eyni zamanda qlobal münaqişələrin təsirlərindən də danışdıq”.

Paylaş: