park tulku

Bakının Mərkəzi Parkında azyaşlı uşaqların oynadığı ərazidə tülkülər peyda olub.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.

Vətəndaşların sözlərinə görə, tülkülər hər gün axşam saatlarında parkın eyni ərazisində görünürlər. Bundan narahat olan sakinlər qeyd edirlər ki, yırtıcı heyvan azyaşlılar üçün ciddi təhlükədir.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Paylaş: