WhatsApp Image 2026 10 21 at 13.04.32 1

Ermənistana səhvən keçən azərbaycanlı çobanın qaytarılacağı açıqlanıb. Lakin İrəvandakı bəzi dairələr həmin şəxsin Bakıya müəyyən ödəniş müqabilində qaytarılması üçün çağırış edirlər.

Belə bir şey nə dərəcədə mümkündür?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, azərbaycanlı çobanın yolunu azaraq səhvən Ermənistana keçməsinə dair məlumatlar yayılıb:

“Ermənistan tərəfi həmin şəxsin qaytarılacağına dair mövqeyini bildirib. Nəyin müqabilində və hansı şərtlər daxilində qaytarılacağına dair dəqiq məlumat yoxdur. Amma Ermənistan tərəfindən hər cür gülünc addımı gözləmək mümkündür. Bu, təəccüblü deyil. Ermənistan belə bir addım ataraq hər hansı şərt irəli sürəcəksə, bu, vətəndaşımızın pul müqabilində qaytarılması anlamına gəlir. Belə bir vəziyyət Ermənistan qanunlarında insanın pulla satılması deməkdir.

Xeyal besirov 900x521 2
Xəyal Bəşirov

Həmin şəxs səhvən, yolunu azaraq sərhədi keçib. Ermənilər də bənzər şəkildə sərhədi səhvən keçmişdilər, amma biz beynəlxalq hüquqa uyğun olaraq məsələni tənzimlədik. Ermənistandan gözlənilən də budur. Lakin çoban qəsdən keçibsə və fərqli niyyəti olubsa, onda hüquqi proses başqa cür olacaq.

Bu şəxs Ermənistan ərazisinə bilərəkdən və qanunsuz daxil olubsa, məsuliyyətə cəlb edilməlidir. Əgər bilmədən keçibsə, Azərbaycana qaytarılmalıdır. Ermənistan münasibətləri normallaşdırmaq istəyirsə və sülh sazişini imzalamaqda maraqlıdırsa, kiçik detalları şişirtməməlidir. İki ölkə əməkdaşlıq çərçivəsində məsələni həll edə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: