Almaniya hakimiyyəti son dörd ildə Rusiya vətəndaşlarına verilən uzunmüddətli milli vizaların sayını təxminən üç dəfə azaldıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Funke” məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə Rusiya vətəndaşlarına 12 930 milli viza verilib. 2026-cı ildə isə bu rəqəmin təxminən 4500 olacağı proqnozlaşdırılır.
Göstəricilərə humanitar əsaslarla verilən vizalar daxil deyil. İlkin hesablamalara əsasən, Rusiya vətəndaşlarına verilən iş vizalarının sayı 90 faiz, ailə birləşməsi üçün verilən vizaların sayı isə 77 faiz azalıb. Həmçinin, cari ilin yekunlarına görə, rusiyalı tələbələrə verilən vizaların sayının təxminən 38 faiz azalacağı gözlənilir.
Sol Partiyadan olan Bundestaq deputatı Klara Bünger milli vizaların verilməsinin azalmasını Almaniyanın Moskvadakı səfirliyinin məhdudlaşdırıcı yanaşması ilə əlaqələndirib.
“Bu yanaşmanı tamamilə yanlış hesab edirəm”, – deyə deputat bildirib.
Əliyar Xəlil
Globalinfo.az