rusiya abs ukrayna

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqlar noyabrın birinci yarısında Əbu-Dabidə (BƏƏ) baş tutacaq.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, üçtərəfli görüşün əsas mövzusu sülh yolu ilə nizamlama əldə olunduqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.

Peskov, həmçinin qeyd edib ki, Avropa nümayəndəsinin danışıqlarda iştirakı Avropa ölkələrinin mövqeyindən asılı olacaq.

Peskovun sözlərinə görə, görüşün dəqiq tarixi hələ müəyyən edilməyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda keçirilən görüş zamanı üçtərəfli danışıqların aparılması barədə razılığa gəliblər.

Paylaş: