coni 1

Rusiyada Jony (Coni) ləqəbi ilə məşhurlaşan, əslən azərbaycanlı olan populyar ifaçısı Cahid Hüseynlidə nadir rast gəlinən genetik xəstəliyin tapıldığı barədə məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı insayderlərə istinadən “Mash” “Telegram” kanalı paylaşıb.

Mənbənin verdiyi xəbərə görə, sənətçiyə əzələ, oynaq və qarın nahiyəsində ağrılar, həmçinin kəskin hərarət tutmaları ilə müşayiət olunan ailəvi Aralıq dənizi qızdırması (FMF) diaqnozu qoyulub.

İfaçının sürətlə çəki itirdiyi və yüksəkdərəcəli hərarətdən şikayət etdiyi vurğulanır. Onun sentyabr ayında xəstəxanaya yerləşdirildiyi iddia edilib.

Hazırda isə sənətçinin müalicə kursunu ev şəraitində davam etdirdiyi qeyd olunub.

Lakin “Mash”in məlumatına əsasən, müğənninin rəsmi nümayəndələri mətbuat işçilərinə açıqlamalarında Cahidin sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını bildiriblər.(oxu.az)

Paylaş: