
Ərakdakı nüvə reaktorunun zədələndiyini sübut edən peyk görüntüləri yayılıb.
Globalinfo.az “BBC”yə istinadla xəbər verir ki, görüntülər “Maxar Technologies” tərəfindən yayımlanıb. Şirkət bu görüntüləri 18 və 19 iyun tarixlərində əldə edib.
Şəkillərin müqayisəsi reaktorun üst hissəsində yerləşən günbəz strukturunun zədələndiyini açıq şəkildə göstərir. Qurğunun üst tərəfində iri bir deşik müşahidə olunur.
Bundan əlavə, kompleksin digər hissələrində də dağıntılar müşahidə edilib. Ən azı iki qüllənin qismən zədələndiyi, yaxınlıqdakı iki tikilinin isə demək olar ki, tamamilə dağıldığı görünür.
Qeyd edək ki, həm İran, həm də İsrail tərəfi bu gün Ərak reaktoruna hücum faktını təsdiqləyib.
Aysel Əliyeva
Globalinfo.az