AZAL rəhbərliyi media təmsilçiləri ilə görüş keçirəcək – RƏSMİ

 

14 sentyabr tarixində AZAL rəhbərliyi Milli Məclisin 31 deputatı ilə görüş keçirib. Görüşdə bir çox məsələlər, o cümlədən də biletlərin qiyməti müzakirə olunub. Maraqlıdır, bəs AZAL rəhbərliyi media təmsilçiləri ilə də görüş nəzərdə tutulurmu?

Globalinfo.az mövzu ilə bağlı AZAL-a sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, gələcəkdə AZAL rəhbərliyi və jurnalistlər arasında aviaşirkətin fəaliyyəti ilə bağlı müxtəlif məsələlərin müzakirə olunacağı ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulur:

“Görüş AZAL-ın işində şəffaflığı və aşkarlığı təmin etmək, o cümlədən jurnalistlərə şirkətin fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı suallar vermək və ətraflı məlumat almaq imkanı yaratmaq məqsədilə təşkil olunacaq.

Belə görüşün keçirilməsi ilə aviaşirkətin fəaliyyəti haqqında ictimaiyyətin məlumatlılıq səviyyəsinin yüksələcəyinə və media nümayəndələri ilə mühüm məsələlərin konstruktiv müzakirəsinin aparılacağına ümid edirik”.

Zaira Akifqızı
Globalinfo.az