170943011 2

İsraili hücumundan sonra İrandan Ermənistana çox sayda vətəndaş axın etməyə başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Hazırda sərhədi keçən şəxslərin Meğridən İrəvana getməsi üçün taksilərin 200 dollar, yəni 85 min dram tələb etdiyi bildirilir. Məlumata görə, əvvəl bu qiymət adambaşına 7 min, ümumilikdə bir avtomobilə görə 28 min dram olub.

Qeyd edək ki, bir neçə əcnəbi ölkənin vətəndaşı Ermənistan vasitəsilə İrandan təxliyə edilib. Lakin hazırda sərhədi keçən çox sayda İran vətəndaşının olduğu deyilir.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: