Paşinyan 44 günlük müharibə ilə bağlı elə sirlər açdı – SENSASİON DETALLAR

“Müharibə zamanı istifadə hüququ bizdə olmayan silahlar vardı, amma bu barədə açıq danışa bilmərəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran komissiyada dindirilmə zamanı deyib.

“Mən bu barədə iclasın qapalı hissəsində danışacağam. Müharibə zamanı bəzi epizodlar məni bir şeyi düşünməyə vadar edirdi. Sanki cəbhədə baş verənlər ölkədə hakimiyyət dəyişikliyinin olmasına hesablanmışdı. Əvvəlcə bu fikri beynimdən atmağa, düşünməməyə çalışdım. Sonradan Zod-Xəznəvarda baş verənlər fərziyyətimi daha da gücləndirdi. Amma bunu kim, niyə etsin?”.

Nikol Paşinyan 44 gün müddətində ordu ilə münasibətlərindən də söz açıb:

“Müharibə zamanı söz verdim, ordu nə istəsə, o olacaq. Məsələn, dedilər ki, bizə ən müasir SU-30 təyyarələri lazımdır. Buna nə dərəcədə ehtiyac olduğunu təhlik etdik, dedim, alınsın. Daha sonra soruşdum, nə lazımdırr? Dedilər, zenit müdafiə texnikası, dedim, olsun. 2020-ci ildə müharibə bitənə kimi orduya istədiyi hər şeyi verəcəyimi dedim, titul, yemək, pul, medal, hər şey təmin edildi. Nə silah, texnika lazımdırsa, aldıq. Daha nə edə bilərdim?”.

Ayşən Mustafa
Globalinfo.az