FotoJet 2022 12 21T001356.218

İranda etirazlarda həlak olan şəxslərin sayı açıqlanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Son məlumatlara əsasən bildirib ki, sentyabrın 19-dan dekabrın 19-a qədər olan müddət ərzində İranda keçirilən ümumölkə etirazları zamanı 503 nəfər həlak olub, onlardan 69-u uşaqdır.

Bu müddət ərzində 18 452 etirazçı həbs edilib, onlardan yalnız 3 976 nəfərin kimliyi müəyyən edilib.

Məlumata görə, etirazlar zamanı 652 tələbə həbs edilib.

İranda tələbələrin iştirakı ilə şəhər və universitetlərdə 1 192 genişmiqyaslı etiraz aksiyası keçirilib.

Paylaş: