İranda terror aktı: 5 ölü, 15 yaralı

İranın Xuzistan əyalətində baş verən terror aktında yaralananların sayı 15 nəfərə çatıb.

İranın Xuzestan əyalətinin İze bölgısində naməlum şəxslər tərəfindən insanlara və polislərə atəş açılıb.Ölənlər arasında polislər də var.

Atəş nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

***

İranda terror aktı baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xuzestan əyalətinin İze bölgəsində yaşanıb.

Burada naməlum şəxslər insanlara və polislərə atəş açıblar.

Şahidlərin sözlərinə görə, motosikletlə hərəkət edən bir neçə nəfər avtomat silahdan istifadə ediblər.

İlkin məlumata görə, terror aktı nəticəsində 4 nəfər ölüb, daha 6 nəfərsə yaralanıb.