İranda partlayış: 3 əsgər öldü

İran ordusununun 3 hərbçisi təlim-məşq əməliyyatı zamanı meydana gələn partlayış nəticəsində həlak olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin cənub-şərqində keçirilən təlim zamanı təlim sahəsinin işlək vəziyyətdə olmayan sursatlardan təmizlənməsi mərhələsində baş verib.

Bəlucların “Ənsar ül-Fürqan” silahlı qruplaşması isə bəyanat yayaraq, hadisənin başvermə vəziyyəti ilə bağlı açıqlanan rəsmi məlumatı təkzib edib. Qruplaşma hərbçilərin ölümünü dekabrın 18-də yol qırağında quraşdırılmış mina partlaması nəticəsində olduğunu bildirib.