1728763056 3219df9f7eda7f81f4973e326c23fe61

İranda H3N2 qrip virusunun yayılması narahatedici şəkildə artmaqda davam edir və artıq ilk ölüm faktı qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bunu Hormozqan Tibb Universitetinin rektoru Pejman Şahroxi bildirib.

O qeyd edib ki, Hormozqan əyalətində 26 yaşlı bir şəxs H3N2 ştamından dünyasını dəyişib. Onun sözlərinə görə, xəstəlik xüsusilə son günlər sürətlə yayılır və bölgədə yuxarı tənəffüs yollarını zədələyən viruslara yoluxma halları kəskin şəkildə yüksəlib.

“Son üç gün ərzində qeyd olunan yoluxma dinamikası həkimlər arasında ciddi narahatlıq yaradıb. Hazırkı vəziyyət artıq riskli mərhələyə keçib və əhali simptomlara biganə yanaşmamalıdır. Xüsusilə yüksək hərarət, öskürək, boğaz ağrısı və ümumi halsızlıq kimi əlamətlər müşahidə edildikdə dərhal tibbi yardım almaq tövsiyə olunur”, – deyə Şahroxi bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: