İranda şok görüntülər: Novruzu qeyd edən azərbaycanlılar güllələndi – VİDEO

İranda molla rejiminin insanlara divanı davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumatına yayıb.

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq şəhərində repressiv hökumət qüvvələri Novruzu qeyd etmək üçün küçələrə çıxanlara atəş açıb, nəticədə 30-dan çox insan yaralanıb. O da qeyd olunub ki, yaralananların əksəriyyəti qadın və uşaqlardır.

APA-nın sosial şəbəkələrin İran seqmentinə istinadən verdiyi xəbərə görə, Tehran rejimi ölkədə davam edən narazılıqların qarşısını almaq və etiraz aksiyalarında iştirak edənlərin həbslərini qanuniləşdirmək üçün yeni qərar qəbul edib. Belə ki, hava, su və quru nəqliyyatlarında, şəxsi avtomobildə, ictimai məkanlarda və iş yerlərində hicabsız qadınlar kamera vasitəsi və insan qüvvəsi tərəfindən aşkarlanacaq. Həmin şəxs cərimə və həbs ediləcək, üstəlik bank hesabları dondurulacaq.