
Son məlumatlara görə, İranın bir neçə şəhərində dronlarla hücum həyata keçirilib.
***02:45
İranın mərkəzində yerləşən İsfahan vilayətində silah zavodunda güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bunu İranın İsfahan vilayəti valisinin müavini Məhəmməd Cannesari deyib.
Onun sözlərinə görə, partlayış Müdafiə Nazirliyinə məxsus mərkəzlərdən birindəki zavodda baş verib.
İsfahan vilayətində indiyədək 3 partlayış səsinin eşidildiyi bildirilir.
Onlardan birinin də şəhərin mərkəzində dronun düşməsi nəticəsində baş verdiyi deyilir.